AZ

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Ednews portalının Orta Asiya nümayəndəsi, tanınmış özbək yazıçı-publisist Şuxrat Barlas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın ümummilli lideri "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Ednews-un verdiyi xəbərə görə, Şuxrat Barlas Qarabağ müharibəsinin tarixi, etnik münaqişələr və bu müharibələrin Azərbaycan xalqına qarşı nəticələri haqqında özbək, azərbaycan, türk, rus və ingilis dillərində bir sıra kitabın, yüzlərlə məqalənin, televiziya proqramının və sənədli filmin müəllifidir. 

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Salamov Şuxrat Nəsərov Barlas oğlunun rəhbərliyi ilə jurnalistlərdən ibarət qrup İkinci Qarabağ müharibəsi zamanı 44 gündə ən çox video məzmun yaradıb. Qarabağ münaqişəsindən bəhs etmiş və bir çox dünya media resurslarında öz əsərlərini nümayiş etdirmişlər.

Jurnalistika sahəsində türk dünyası üçün müstəsna xidmətlərinə görə Şuxrat Barlas bundan əvvəl Türk Dövlətləri Təşkilatının “Türksoy” beynəlxalq mükafatına da layiq görülüb. 






Seçilən
59
1

1Mənbələr

Şərh ()
Bağla