AZ

Mingəçevirdə kütləvi dava: 2 nəfər bıçaqlandı

Mingəçevirdə bir neçə şəxsin iştirakı ilə dava olub.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesinə çıxış istiqamətində baş verib. Mübahisə zəminində bəçaqlanan 1985-ci il təvəllüdlü Nəsirov Namiq Elman oğlu və 1980-cı il təvəllüdlü İsmayılov Faiq Yusif oğlu təcili xəstəxanaya çatdırılıblar. Faiq İsmayılov mübahisə edən tərəfləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb.

Hadisənin səbəbləri hələlik tam məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarətlərlə bağlı ekspertiza təyin olunub, əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
axar.az

2Mənbələr