AZ

Sabirabadda avtomobil maneəyə çırpılıb

Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb. SİA-nın məlumatına görə, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Seçilən
136
11
sia.az

9Mənbələr