AZ

Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb

Sabirabadda avtomobil maneə çırpılıb, iki nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneə çırpılıb.

Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
11
milli.az

10Mənbələr