AZ

Bakı metrosu işçilərinə litri 2,71 manata tonlarla süd alır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən südün tədarükü ilə bağlı keçirilən tender müsabiqəsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, metroda zərərli iş şəraitində çalışan işçilər üçün südün tədarükünü həyata keçirəcək şəxs müəyyənləşib.

Belə ki, metro işçiləri üçün südü fərdi sahibkar Həsənova Esmira Hadı qızı satacaq. Metropoliten 42 480 litr süd üçün sahibkara 115 290,72  manat ödəniş edəcək. Beləliklə, sahibkar südün bir litrini Bakı metrosuna 2,71 manata satacaq.

Artıq sahibkarla QSC arasında müqavilə də imzalanıb.

Qeyd edək ki, E.Həsənova bundan əvvəllər də metronun südün tədarükü ilə bağlı elan etdiyi tenderlərin dəfələrlə qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
iqtisadiyyat.az

1Mənbələr