AZ

Yunanıstan misirli kənd təsərrüfatı işçilərini işə götürəcək

Bakı. TurkicWorld:

Afina işçi çatışmazlığının aradan qaldırılması üçün bağlanmış razılaşma çərçivəsində bu yay kənd təsərrüfatı işlərində işləmək üçün Misirli işçiləri işə götürməyə başlayacaq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda Yunanıstanın İmmiqrasiya və Sığınacaq Nazirliyinin verdiyi açıqlamada deyilir.

Onillik iqtisadi çətinliklərdən sonra Yunanıstan iqtisadiyyatının bu il 3 faiz civarında böyüməsi gözlənilir ki, bu da avro zonası üzrə orta göstəricinin 0,8 faizindən xeyli yüksəkdir.

Bununla belə, iqtisadi böhran zamanı əmək miqrasiyası, əhalinin azalması və sərt immiqrasiya qaydaları Yunanıstanı kənd təsərrüfatı, turizm, tikinti və digər sektorlarda işləmək üçün on minlərlə işçi tapmaqda çətinlik çəkib.

Yunanıstan Misirlə 2022-ci ildə imzalanan müqavilə çərçivəsində təxminən 5 min mövsümi kənd təsərrüfatı işçisi işə götürəcək.

Yunanıstanın immiqrasiya və sığınacaq naziri Dimitris Kairidis bu həftə Qahirədə Misirin əmək və sosial müdafiə naziri Həsən Şehate ilə görüşüb.

İkitərəfli görüş zamanı Kairidis vurğulayıb ki, iki ölkə regionda qeyri-qanuni miqrasiya dalğaları ilə mübarizə aparmaq üçün əməkdaşlığı gücləndirməlidir.

Misir rəsmiləri bildiriblər ki, onların ölkəsi 2016-cı ildən bəri miqrantların şimal sahillərindən Aralıq dənizi vasitəsilə Avropaya doğru getməsinin qarşısını almaq ciddi işlər görür.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
turkic.world

1Mənbələr