AZ

Beynəlxalq ictimaiyyətin Fələstinin azadlığına tərəfdarı olmasını alqışlayırıq - Yılmaz

Bakı. TurkicWorld:

Beynəlxalq ictimaiyyətin Fələstinin azadlığına tərəfdarı olmasını alqışlayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Biz bunu oktyabrın 7-dən etibarən İsrailin Fələstin ərazisində törətdiyi cinayətlərə qarşı böyük reaksiya kimi qiymətləndirir və beynəlxalq ictimaiyyətin əksəriyyətinin Fələstin xalqının azadlığının tərəfdarı olmasını alqışlayırıq”, - deyə o bildirib.

Yılmaz, Fələstinin BMT TŞ-yə üzvlüyünün yenidən müzakirə edilməsi və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqların verilməsi ilə bağlı qətnamə layihəsinin qəbulunu çox mənalı dəstək mesajı kimi gördüklərini vurğulayıb.

“Ölkəmizlə yanaşı, 80-ə yaxın ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi 193 üzvdən ibarət BMT Baş Assambleyasında 143 “hə” səsi ilə qəbul edilib. Davamlı sülhün yeganə həll yolunun paytaxtı Qüds olan, yaşaya bilən, müstəqil və suveren Fələstin dövlətinin qəbul edilməsi olduğunu təkrarlayırıq və bütün ölkələri Fələstin Dövlətini tanımağa çağırırıq.” – deyə vitse-prezident qeyd edib.

Xatırladaq ki, BMT Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün BMT Təhlükəsizlik Şurasında yenidən müzakirə edilməsini və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini qəbul edib.

Qeyd edək ki, qanun layihəsinə 143 “hə” səsi verilib.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
turkic.world

1Mənbələr