Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdo üzrə Avropa Kata turnirində iştirak edəcək.
Komanda.az Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış mayın 11-i start götürəcək.
10 ölkədən 104 idmançının iştirak edəcəyi birincilikdə ölkəmiz 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız turnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.
Nage-no-Kata
Malik Alahverdiyev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)
İsmayıl Rzayev – tori
İbrahim Aslanov – uke
Katame-no-Kata
Rafiq Nəcəfov – tori
Əmrah Əhmədov – uke
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərcüdo
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta