AZ

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın ABŞ-dəki Səfirliyində Ümummilli Lider HeydərƏliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı təşkil olunantədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiriXəzər İbrahim, ölkəmizin ABŞ-də hərbi attaşesi Rüstəm Gözəlov vəABŞ-də yaşayan Azərbaycan diasporasının nümayəndələri və Səfirlikheyəti iştirak edib.

Trend xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərinxatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Xəzər İbrahimAzərbaycan tarixinin son dərəcə mürəkkəb dövrlərində HeydərƏliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığımübarizələrdən danışıb. Diplomat Heydər Əliyevin hər kəsə nümunəolan ölməz ideyalarından söhbət açaraq vurğulayıb ki, AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin Ümummilli Liderin anadan olduğu gündə ölkəmizin Şuşaşəhəri və Qarabağ regionuna səfər etdiyini, rəhbərliyi iləölkəmizin istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hərbir uğurun Ülu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyduğumilli tərəqqi ideyalarının qələbəsi olduğunu vurğulayıb. Səfirhəmçinin, bu il Heydər Əliyev Fondunun yaranmasının 20 illiyininqeyd olunduğunu bildirərək, fəaliyyəti dövründə Fond tərəfindən hərzaman gənclərimizin təhsil almasına və beynəlxalq müsabiqələrdəiştirakına dəstək olunduğunu vurğulayıb. Səfir çıxışının sonundaÜmummilli Liderin həyata keçirmək istədiyi fəaliyyətləri bu günHeydər Əliyev Fondu vasitəsilə həyata keçirildiyini qeyd edib.

Tədbirdə çıxış edən hərbi attaşe R.Gözəlov Ümummilli Liderinölkəmizin müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi,həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindənbəhs edib. Hərbi attaşe çıxışı zamanı həmçinin, Heydər Əliyevinölkəmizdə ordu quruculuğunda müstəsna xidmətlərini vurğulayıb.

Tədbirin rəsmi hissəsinin yekununda Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyi tərəfindən hazırlanmış Ümummilli LiderHeydər Əliyevin xarici siyasət fəaliyyətini əks etdirən video çarxnümayiş etdirilib.

Tədbirdə həmçinin, Ümummilli Lider Heydər Əliyevin ABŞ-yə rəsmivə işgüzar səfərlərini əks etdirən foto sərgi təşkil edilib.

Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Vaşinqtonda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
5
az.trend.az

6Mənbələr