AZ

Ramzan Ukraynadakı çeçen döyüşçülərə 30 zirehli maşın bağışlayıb...

...Ramzan Kadırov Çeçenistandan Ukraynaya qarşı müharibədə iştirak edən döyüşçülər üçün 30 ədəd zirehli “Toyota Land Cruiser” alması barədə məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, avtomobillərinÇeçenistanın ilk rusiyayönlü prezidenti və respublikanın hazırkı rəhbərinin atası Axmat Kadırov adına Regional İctimai Fondu tərəfindən alındığı iddia edilir.

Maraqlıdır ki, avtomobillərin alınması üçün fondun hansı mənbələrdən vəsait aldığı göstərilmir.

Rəsmi həmçinin zirehli texnikanın beynəlxalq sanksiyalar altında necə və hansı qiymətə alındığını da açıqlamayıb.

...Oxşar nəqliyyat artıq dəfələrlə bölmələrimizin şəxsi heyətinə verilib.

Kadırov bunu Telegram kanalında qeyd edib.

Xatırladaq ki, keçən il “Axmat” çeçen bölməsinin əməkdaşları Ukraynaya qarşı müharibədə iştirak etmək üçünÇin istehsalı olan səkkiz “ShaanXi Tiger 4x4” zirehli personal daşıyıcısı alıblar.

Onu da xatırladaq ki, Çin dəfələrlə Rusiyaya hərbi texnika-filan tədarük etmədiyini bildirib.

...Və yeri gəlmişkən bu arada “Kavkaz.Realii” saytı Kadırovun Çindən neçə və necə zirehli texnika ala bildiyini araşdırır.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
sia.az

1Mənbələr