AZ

Azərbaycanın qurtuluşu, xilası Heydər Əliyevin adı ilə bağlıdır – Professor

Tarixin ən böyük şəxsiyyəti ulu öndər Heydər Əliyevin doğum günü qeyd edilir. Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu, idarəçilik fəlsəfəsi, dünyaya sığmayan dahi şəxsiyyət kimi Azərbaycan üçün böyük işlər görüb. Ümummilli lider tarixi şəxsiyyət kimi Azərbaycana Allahın qismət etdiyi nadir, fenomenal lider idi. Ulu öndər tarix yazmaqla Azərbaycançılıq məktəbinin əsası qoydu.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O qeyd edib ki, məhz bu gün Azərbaycançılıq məktəbinin banisi birmənalı olaraq ulu öndər Heydər Əliyevdir: “Bu dünya azərbaycanlılarını birləşdirən bir məfkurədir. Azərbaycançılıq ideyası turan ideyalarının formalaşmasında əsas hesab olunur. Turan ideyasının yaranması ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı, Onun varislik prinsipinə, varislik fəlsəfəsini həqiqətən də qətiyyətlə davam etdirən, Ata vəsiyyətini icra edən görkəmli şəxsiyyət, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevdir.Heydər Əliyev zamanında Azərbaycanı bütün təhlükələrdən qoruya bildi. Azərbaycanı gözləyən şər qüvvələrin, məkirli planlarının puç olmasına nail oldu. Heydər Əliyev nadir tarixi şəxsiyyətdir ki, Qarabağ, Azərbaycanın gələcəyi haqqında irəli sürdüyü fikirlər, Şuşada Azərbaycanın bayrağının dalğalanması ilə reallığa çevrildi. Ulu öndər Heydər Əliyev tarixi yazmağı bacardı. O özündən sonra tarixçilərin Onu deyil, özü tarixi yazaraq əbədiyyətə həkk olundu”.

Professor hesab edir ki, dünyada böyük və mühüm hadisələrin hərəkətverici və cərəyan edən proseslərin başında hər zaman liderlər dayanır: “Bəzi liderlər isə başladıqları ideyanı müxtəlif xəyanətlər nəticəsində sona kimi həyata keçirə bilmirlər. Amma Heydər Əliyev həmin tarixi şəxsiyyətlərdən oldu ki, dünyada sadalanan liderlər içərisində öz imzasını, əbədi izini qoydu. Azərbaycan kimi bir ölkənin, xalqın taleyinə bu Allahın bəxş etdiyi ən böyük dəyər idi. Onun yaratdığı, məktəb, bu günki Azərbaycanı, gələcək nəsillərin Azərbaycan deyiləndə Heydər Əliyev və Heydər Əliyev deyiləndə Azərbaycanın tanınması ilə xarakterizə olunacaq. Heydər Əliyevin xalq sevgisi olduqca böyük idi. O Azərbaycan xalqının iradəsini ifadə edirdi. Ulu Öndər xalqın hakimiyyətini təmsil edirdi. Ona hakimiyyəti xalq vermişdi. Gücünü xalqdan alaraq Heydər Əliyev Azərbaycanı daha da zirvələrə ucaldırdı. Azərbaycan xalqının tələblərini, arzu və istəklərini həyata keçirmək üçün O hər zaman xalqın yanında olurdu”.

Məhəmməd İmanlı bildirib ki, ulu öndər Heydər Əliyevin keçdiyi məşəqqətli çətin yolların nəticəsində ən böyük gözləntisi güclü Azərbaycan idi: “Azərbaycanın qurtuluşu, xilası Heydər Əliyevin adı ilə bağlıdır. O bütün mənfur düşmənlərinin qarşısında dik dayana bilən tarixi şəxsiyyət olaraq Azərbaycanı yaradan bir lider kimi əbədiyyətə qovuşmuşdu. Dahi lider həyatını böyük Azərbaycana həsr etdi. Azərbaycan deyilən bir dövləti və xalqı böyük qürurla təmsil etdi. Bu yaxınlarada qardaş Türkiyədə, Ankara şəhərində ulu öndərin doğum günü ilə bağlı müxtəlif tədbirlər keçirilirdi. Ankara Universitetində həmkarlarımla görüşüm oldu. Dünyanın bir çox nöqtəsindən burada qonaqlar yer almışdı. Onlara Heydər Əliyev idarəçiliyi, yaşam tarixi ilə bağlı dəyərləri məlumatları çatdırdım. Həmin tədbirlərdə Milli Məclisin deputatı Sadiq Qurbanovun Heydər Əliyevlə bağlı yazmış olduğu “Zamana sığmayan lider” kitabının da təqdimatı oldu. Bu Heydər Əliyev idarəçiliyi və varisliyi fəlsəfəsində yazılmış bir kitab idi. Kitabdan da qatılmış olduğumuz tədbirdə qonaqlara dəyərli məlumatlar çatdırdıq”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
teleqraf.com

1Mənbələr