AZ

Putin Kadırovun qardaşı oğlunu mükafatlandırdı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırovu “İgidliyə görə” ordeni ilə təltif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov bildirib.

 

Onun sözlərinə görə, Xamzat Kadırov mütəmadi olaraq döyüş bölgəsinə səfər edir.

 

“Xüsusi hərbi əməliyyat başlayandan mənim əziz qardaşım oğlu çeçen döyüşçülərinə dəstək verməkdə fəal iştirak edib. O, mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, yerlərdə vəziyyətlə tanış olur, tapşırıqların səmərəli icrası üçün oğlanlarımızı lazım olan hər şeylə təmin edir”, - deyə Adam Delimxanov teleqram kanalında yazıb .

Çeçenistan parlamentinin sədri Maqomed Daudov öz isə bildirin ki, Ramzan Kadırov mükafatı mayın 9-da Xamzat Kadırova təqdim edib.

 

Qeyd edək ki, Xamzat Kadırovun 27 yaşı var. O, 2017-ci ildə universiteti bitirdikdən dərhal sonra Çeçenistan rəhbərinin köməkçisi vəzifəsini icra edib. 2023-cü ilin fevralında Xamzat Kadırov respublikanın baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri vəzifəsinə təyin edilib.

 

Həmin ilin aprelində o, Çeçenistan rəhbərinin təhlükəsizlik bloku üzrə müşaviri olub.

Seçilən
73
1
1

1Mənbələr

Şərh ()
Bağla