AZ

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's” restoranında yaşayırlar. Müəssisə bağlananda qapı ağzında dolu çamadanlarla yatırlar.


Sfera.az bildirir ki, Suzanne Jeremiah və qızı Bruna köməkdən imtina edir. Onlar özlərinə yer tapana qədər “McDonald's”da yaşamağa davam etməyi planlaşdırdıqlarını deyirlər.

 

Kafe Rio-de-Janeyronun nüfuzlu Leblon rayonunda yerləşir. Səhər saat 05:00-da bağlanır və səhər 10-da açılır. Fast food dükanı müştərilər üçün bağlı olduqda ana və qızı çamadanları ilə küçədə yatırlar. Hər iki qadının cib telefonu var və hər yemək üçün pul ödəyirlər. Onların fikrincə, evsizlərin sığınacağında yer təklifini qəbul etməkdənsə, dənizkənarı ərazidəki restoranda qalmaq daha yaxşıdır.


Yerli media onların Brunanın İngiltərədə yaşadığı atasından maliyyə dəstəyi aldıqlarını iddia edir. Qadınların ikisi borclarını ödəyə bilmədiklərini inkar edirlər. Ana və qızı bu ərazidə kirayə mənzillər axtardıqlarını və əlverişli mənzil tapana qədər McDonald's-da yaşamağı planlaşdırdıqlarını bildirir.

 

"Burada sakitlik hökm sürür. Özümüzü təhlükəsiz hiss edirik və xoş qarşılanırıq. İşçilər bizimlə çox yaxşı rəftar edir"-Bruna açıqlamasında bildirib.

 

Çətin həyat vəziyyətlərinə baxmayaraq, qadınlar həmişə təmiz, yaxşı geyimdə olur və hər gün makiyaj edir. Qadınlar yerli mətbuata bildiriblər ki, hazırda mənzil axtarırlar və yaranan ictimai marağı başa düşmürlər. Bruna ingilis və ispan dillərini mükəmməl, fransızcanı isə orta səviyyədə bilir. O, əvvəllər dil müəllimi işləyib. Onunla birlikdə işləyən insanlar Brunanı qapalı və sirli biri kimi təsvir edirlər.


Yerli xeyriyyə ilə məşğul olan insanlar cütlüyə kömək etmək üçün edilən bütün təkliflərin rədd edildiyini bildirib. Onların sözlərinə görə, restoranın yaxınlığındakı evlərdə duş qəbul edirlər. Hər iki qadının həmişə enerjisi tam doldurulmuş mobil telefonları var. Onların böyük çamadanlarında tennis raketləri, paltar və kitablar, həmçinin ayaqqabı və digər aksessuarlar da var.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
sfera.az

1Mənbələr