AZ

Səadət Məmmədova Şuşa sakinlərini belə təbrik etdi – FOTO

“Əziz Şuşalılar! Canım Səbinə Gözəlova və dəyərli Kərim Kərimli, sizin simanızda yurd-yuvasına qayıdan bütün Şuşa sakinlərini təbrik edirəm”.

Medianews.az xəbər verir ki, bu barədə əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova sosial şəbəkə hesabında paylaşıb.

O, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa sakinləri ilə görüşünü və onların mənzillə təmin olunmasına sevincini bu cür ifadə edib:

“Ocağınız isti olsun! Çırağınız daim yansın! Yuvanız mehribanlıq və ruzi dolu olsun! Göydən yerə daim xoş günlər yağsın! Qonaq-qaranı yığıb-yığışdıra bilməyəsiniz!

Yağı bir daha torpaqlarımıza göz dikməsin!

Bu inanılmaz tarixi dönəmi yaşamağımızın bütün səbəbkarlarına Allah can sağlığı və daha çox güc-qüvvət versin!

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
medianews.az

1Mənbələr