AZ

Güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq

Güclü

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu xəbərdarlıq edib.

Monitorinq məlumatlarına əsasında verilən məlumata görə, Yerin maqnit sahəsində pozulma G3 səviyyəsinə çatıb ki, bu da beş göstəricinin monitorinq şkalası üzrə “güclü”yə uyğundur. Bu o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemləri yanlış siqnallar verə bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində pozuntular mümkündür.

Xatırladaq ki, bundan əvvəl Günəşdə yeni, xüsusilə böyük X3.9 sinifli alışma baş vermişdi. Bu, son 25 ildə dördüncü güclü alışma olub.

Mayın 8-də IPG alimləri 15 güclü günəş alovu qeydə alıblar. Üstəlik, onlardan ikisinin ən yüksək dərəcəli olduğu ortaya çıxıb.

V. QULİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla