AZ

Portuqaliya millisinin üzvü "Atletiko"da qalmayacaq

"Atletiko"(Madrid) bu mövsüm icarə əsasında "Barselona"da çıxış edən cinah oyunçusu Joao Feliksi saxlamaq fikrində deyil.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid klubu portuqaliyalını geri qaytarmağı planlaşdırmır. 

Komandanın baş məşqçisi Dieqo Simeone onu düşərgədə, paltardəyişmə otağında belə görmək istəmir. Buna görə də, rəhbərlik onu transferə çıxaracaq.

Xatırladaq ki, bu mövsüm Feliks bütün turnirlərdə 41 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Portuqaliyalının Madrid klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
Mənbələr
Şərh ()
Bağla