AZ

"İdeal Tibb Şirkəti" işçi axtarır - MAAŞ 1800-2000 MANAT - VAKANSİYA

İdeal Tibb Şirkəti

Baş mühasib

 Son tarix 09 iyn 2024 - [email protected]

  • Ünvan:Gənclik,H.Əliyev 493 Diamed Klinikası
  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);
  • İş rejimi: Tam iş günü (6 gün) saat 09-00 dan 18-00 dək
  • Müqavilə: Əmək müqaviləsi
  • Əmək haqqi: 1800-2000 manat
  • Əlaqə nömrəsi:0124650606

Tələblər:

  • Təhsil – Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit);
  • Müvafiq sahə üzrə 5 ilden artıq iş təcrübəsi;
  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər;
  • 1C, Excel proqramlarından yaxşı səviyyədə istifadə etmək;
  • e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Vergi, Statislika, Məşğulluq və DSMF hesabatların hazırlanması və göndərilməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi - Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi;
  • Qaimə və Vergi hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması.

Uyğun CV-ləri mövzu yerinə "Baş mühasib" yazaraq elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
fed.az

2Mənbələr