AZ

Gürcüstanda yeni qanunun qəbulunun nəticələri haqqında Polşa analitik mərkəzinin PROQNOZU

Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulunun nəticələri haqqında Polşa analitik mərkəzi proqnoz verib.

İnterpress.az xəbər verir ki, bu barədə Polşanın PISM mərkəzinin aparıcı analitiki yazıb.

“Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu hakimiyyətin xarici siyasətində qərbpərəstlikdən rusiyayönümlü və çinpərəstliyə son dəyişikliyi demək olacaq.

Bu, Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayanmasına və ABŞ ilə münasibətlərdə ciddi böhrana səbəb olacaq.

Uzunmüddətli perspektivdə bu, Gürcüstana ABŞ və Aİ tərəfindən maliyyə dəstəyinin dayandırılmasına, onun Aİ-yə namizəd statusunun dayandırılmasına və ya məhrum edilməsinə, Aİ-nin gürcülərə vizasız gediş-gəlişin dayandırılmasına və Gürcüstanın hakim partiyanın liderlərinə qarşı şəxsi sanksiyaların tətbiqinə səbəb ola bilər”, – analitik bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla