AZ

Bugünkü Azərbaycan Ulu Öndərin şah əsəridir – İlqar Orucov


Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın memarı və eyni zamanda xalqımızın ümummilli lideri hər zaman ölkəmizdə elmin və təhsilin inkişafına böyük önəm verib.

Bu sözləri Herbiand.az-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cımiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib:

“Ümummilli lider çox böyük uzaqgörənliklə bilirdi ki, Azərbaycanın gələcəyi təhsillə, elmlə, xalqın ümumi intellektual səviyyəsilə bağlı olacaq. Ulu Öndər daim təhsil sahəsini diqqətdə saxlayıb. Məhz bu baxımdan Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanda təhsi sahəsi sürətli inkişaf dövrünə qədəm qoydu. Təhsil infrastrukturu yeniləndi. Ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən sahələrdə kadr hazırlığını təmin etmək üçün universitetlərdə yeni ixtisaslarda fakültələr açıldı. Bu diqqət və qayğı Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə də davam etdirildi”.

Təhsil eksperti o zaman ölkəmizdə siyasi durumun böhranlı günlərini yaşadığına diqqət çəkərək bu vəziyyətin təhsil sahəsində də müəyyən çətinliklər yaratdığını vurğuladı:

“Ölkəmizin yaşadığı ağır dönəmlərdə belə Ulu Öndər təhsilin inkişafını diqqətdən kənarda qoymadı. Təhsil ocaqlarında müəllim kollektivi ilə, şagirdlərlə, tələbələrlə tez-tez görüşlər keçirirdi. Təhsildə fərqlənən müəllimləri mükafatlandırırdı. Onların fəaliyyətinə dəyər verirdi. Onlara mükafatlar, fəxri adlar verirdi. Ali məktəb müəssisələrinə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdünü təsis etdi. Gənclərimizlə keçirdiyi görüşlərdə daim onlara öz tövsiyələrini verir, bütün çətinliklərin öhdəsindən zamanla gələcəyimizə əminliyini bildirirdi. Hamını inandırırdı ki, işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. O torpaqların sakinləri öz yurd-yuvalarına qayıdacaq, uşaqlar öz el-obasında təhsil alacaqlar. Çətin dövrlər keçirdiyimizə baxmayaraq, Ulu Öndər Azərbaycan vətəndaşlarında böyük ruh yüksəkliyi yaradırdı. Biz bu gün geriyə baxarkən müdrik insanın nə qədər böyük siyasi uzaqgörənliklə sərgilədiyi hər bir fikrin öz təsdiqini tapdığını görürük”.

İlqar Orucov Hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərə böyük sevgi, məhəbbət, ehtiram, hörmət olduğunu söylədi:

“Bu sevgi əbədi olacaq. Bugünkü Azərbaycan Ulu Öndərin şah əsəridir. Ölkəmizin əldə etdiyi bütün uğurlar, qələbələrimizin memarı məhz Ulu Öndərin təməlini qoyduğu siyasətdir. Və bu işləri yüksək səviyyədə davam etdirən, Azərbaycan vətəndaşını yeni-yeni qələbələrə səsləyən bizim Ali Baş Komandanımızdır. Əlbəttə Azərbaycan bundan sonra daha da qüdrətlənəcək. Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yeni-yeni uğurlara imza atacaq”.

Elnurə İSAXAN

 



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla