AZ

Gündə nə qədər meyvə-tərəvəz yemək lazımdır? - Ekspertlər AÇIQLADI

Beş hissəyə bölünərək gündə təxminən 400 qram meyvə, qoz-fındıq, paxlalılar və tərəvəz istehlak etməlisiniz. Bu gündəlik normada şirələr və qurudulmuş meyvələr də nəzərə alınır.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Fondun ekspertlərinin rəyinə istinadən məlumat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatı gündə təxminən 400 qram bitki qidasını beş hissəyə bölünərək yeməyi tövsiyə edir. Ümumdünya Xərçəng Araşdırmaları Fondunun mütəxəssislərinin fikrincə, bir porsiya orta ölçülü meyvə və ya tərəvəz (banan, alma, armud, kartof, kök, çuğundur) və ya iki kiçik meyvə (kivi, gavalı) hesab olunur.

Giləmeyvə porsiyası bir və ya iki ovuc, manqo və ya ananasdan - cəmi bir neçə dilimdən və quru meyvələrdən (quru ərik, kişmiş) - 30 qramdan ibarət olmalıdır. Təxminən 150 mililitr şəkərsiz şirə də bir porsiya sayılır. Qeyd olunur ki, noxud, qarğıdalı, lobya, mərcimək və göbələk üç-dörd qaşıq yığılaraq yeyilməlidir.

Beynəlxalq Dünya Xərçəng Araşdırmaları Fondunun dietoloqu Metyu Lambertin sözlərinə görə, dondurulmuş və ya konservləşdirilmiş meyvə və tərəvəz yeməkdən qorxmayın. Onların tərkibində təzə olanlarla təxminən eyni miqdarda lif (həzm üçün faydalı olan bitki lifləri) və vitaminlər var.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
redaktor.az

1Mənbələr