AZ

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Təzəkənd kəndi istiqamətindən hərəkətdə olan "VAZ-2107" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və öz yolu ilə hərəkətdə olan "VAZ-2106" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayonunun Eçara kənd sakini Fərəməz Fərəcov baş nahiyyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda Cəlilabadda Cəlilabadda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
Mənbələr
Şərh ()
Bağla