AZ

Maşın təmiri sexinin əməkdaşını elektrik cərəyanı vurub

Maşın təmiri sexinin əməkdaşını elektrik cərəyanı vurub.

Azmedia.Az-ın məlumatına görə hadisə Ucar rayonunun Qarabörk kəndində, dördyol ərazisindəki təmir sexində baş verib.

Ehtiyatsızlıq səbəbindən 1995-ci il təvəllüdlü sexin əməkdaşı Alpout kənd sakini Tağıyev Taleh Həsən oğlunu elektrik cərəyanı vurub. Halsız durumda olan gənc təcili xəstəxanaya çatdırılıb. Əldə edilən məlumata görə çevik tibbi müdaxilə sayəsində cəryanın təsirinə məruz qalan şəxs həyati təhlükəni adladıb, durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

 

Ehtiram Muradov

Azmedia.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla