AZ

ABŞ senatorları BMT-ni maliyyələşdirməməyi təklif edir - Fələstin qəbul olunarsa

Bir qrup ABŞ senatoru BMT-də Fələstinin statusunu müzakirə etməzdən əvvəl muxtariyyəti dəstəkləyənlərin maliyyələşdirilməsini dayandıran qanun layihəsi təklif edib. 
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Qanunvericinin saytında verilən məlumata görə, təşəbbüsü Xarici Əlaqələr Komitəsinin respublikaçı Cim Riş başda olmaqla 24 senator dəstəkləyib. Yeni qanun layihəsinə əsasən, "ABŞ Fələstin Rəhbərliyinə əlavə hüquq və imtiyazlar verən təşkilatlara yardımı dayandıra bilər" deyilir.

BMT baş katibinin nümayəndəsi amerikalı senatorların layihəsini şərh etməkdən imtina edib.

Mayın 10-da BMT Baş Assambleyasının Fələstinin təşkilata qəbulu məsələsi ilə bağlı fövqəladə xüsusi sessiyasının keçirilməsi planlaşdırılır. Fələstin BMT-də müşahidəçi statusuna malikdir, İsrail isə 1948-ci ildən təşkilatın tamhüquqlu üzvüdür.

Yeni dövlətin BMT-yə qəbul edilməsi üçün assambleya üzvlərinin üçdə ikisinin səsi tələb olunur. ABŞ qanunları hazırda ölkənin dövlətçiliyin “beynəlxalq səviyyədə tanınmış atributları” olmayan ölkəyə tam üzvlük verən BMT təşkilatlarını maliyyələşdirməsini qadağan edir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla