AZ

"Elmar Baxşıyev baş məşqçi postunda qalsaydı, "Qəbələ"ni sonuncu pillədən çıxarardı"

"Qəbələ"nin sabiq forvardı, bölgə klubunun heyətində Avropa Liqasının qrup mərhələsində oynamış Ruslan Qurbanov Sportal.az saytına açıqlama verib.

O, bu komandanın Premyer Liqada sonuncu yeri tutaraq olmasını şərh edib:

"Qəbələ" tarixi olan böyük klubdur. Bu klubun heyətində avrokuboklarda qrup mərhələsində oynamışam. Təəssüf ki, "Qəbələ" indi enişdədir. Baş məşqçi dəyişikliyi də öz təsirini göstərdi. Məncə, Elmar Baxşıyev baş məşqçi postunda qalsaydı, komandanı sonuncu pillədən çıxarardı. "Qəbələ"nin Premyer Liqada olmaması, böyük minusdur. Bu klubun akademiyası çox yaxşı işləyirdi, oradan nə qədər oyunçular çıxıb. Orada həmin sistemdə olanlar indi Azərbaycan millisində oynayır, ölkənin aparıcı klublarının üzvləridir. "Qəbələ"nin Premyer Liqada gedişinə imkan vermək olmaz. Ümidvaram ki, hər şey bu klub üçün də yaxşı bitəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla