AZ

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Bakı. Trend:

Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəbolub. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün özməcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələrivə təsərrüfatlara ziyan dəyib.

Trend xəbər verir ki, təbii fəlakət əsasən rayonun Aşağı və OrtaSalahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarınısonuncu dəfə iki il öncə də sel suları altında qalmışdı. Kür çayıkənarındakı heyvandarlıq təsərrüfatları sahibləri vaxtındaheyvanlarını təxliyə edə biliblər.

Sel suları əsasən Kür çayına yaxın yerləşən şəxsi təsərrüfatlarazərər vurub. Ərazidəki su ötən gündən çəkilib. Kürün səviyyəsihazırda stabilləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
18
Mənbələr
Şərh ()
Bağla