AZ

Türkiyə mətbuatı: “Altı ildən sonra ölkəmizə gələn Şeydayev yenə ümidləri doğrultmur"

Türkiyə mətbuatı Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin “Kocaelispor”dakı çıxışı ilə bağlı yazı dərc edib.

Sportal.az xəbər verir ki, “Kuzey Ekspress” qəzeti Şeydayevin ümidləri doğrultmadığını qeyd edib:

"2016-cı ildə “Trabzonspor”un potensialına güvəndiyi vaxt müqavilə imzaladığı, lakin ümidləri doğrultmayan Ramil Şeydayev 6 ildən sonra yenidən Türkiyəyə qayıdıb. Qışda “Kocaelispor”a keçən Şeydayev yenə ümidləri doğrultmur. Şeydayev ötən mövsüm "Qarabağ"da bombardiri olanda gözləntiləri artırmışdı. Daha sonra Taylandın "Buriram Yunayted” klubunda macəra yaşadı və "Kocaelispor"la müqavilə imzaladı, burada 14 matçda cəmi 1 qol vurdu. 8 matça çıxan 28 yaşlı forvard son həftələr səmərəsiz oyunu ilə yadda qaldı".

Ramil Şeydayev “Kocaelispor”la 2024-cü il yanvarın 17-də müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na kimi İzmit klubuna məxsusdur. Qeyd edək ki, “Kocaelispor” 33 turdan sonra 55 xalla 6-cı pillədədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq