AZ

Dieqo Kostadan təqdirəlayiq hərəkət

Dieqo Kosta təqdirəlayiq hərəkəti ilə diqqət mərkəzinə düşüb.
“Football-plus.az” xəbər verir ki, o, onlarla insanı ölüm və ya xəsarət almaq təhlükəsindən xilas edib.

“Qremio”nun təcrübəli futbolçusu dostları ilə birlikdə Braziliyanın Rio Qrandi du Sul ştatında baş verən daşqın zamanı 100-ə yaxın yerli sakini xilas edib. Yerli mənbələrin məlumatına görə, Dieqo Kosta məşqdən sonra evə qayıdarkən təbii fəlakət səbəbindən köməyə ehtiyacı olan bir qrup adamla rastlaşıb. Futbolçu öz hidrosiklini verərək onlara dəstək olub. Bundan başqa, su nəqliyyatı vasitələri olan dörd dostunu çağırıb. Onların ümumilikdə 100 nəfərə yaxın sakin lazımi yardım göstərdikləri də bildirilib.

Qeyd edək ki, 35 yaşlı hücumçunun çıxış etdiyi “Qremio”nun ev oyunlarını keçirdiyi “Qremio Arena”nı da su basıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla