AZ

İsrail Xarici İşlər Nazirliyi BMT-nin Fələstinin statusunun artırılması qərarını pisləyib

İsrailin xarici işlər naziri İsrael Katz BMT Baş Assambleyasının fələstinlilərin təşkilatdakı statusunu yüksəltmək qərarını pisləyib və bunu "Həmas üçün mükafat" adlandırıb.

 

Oxu24.com  xəbər  verir  ki, nu barədə Reuters məlumat yayıb.

 

“Bu gün BMT Baş Assambleyasında qəbul edilən absurd qərar BMT-nin struktur qərəzliliyini və BMT-nin Baş katibi Quterreşin rəhbərliyi altında onun əhəmiyyətsiz bir quruma çevrilməsinin səbəblərini vurğulayır”, - Katz bildirib.

 

Aprelin 4-də Fələstin BMT-yə üzv olmaq üçün müraciət edib. Sənədə bir neçə ərəb dövlətinin, eləcə də Qoşulmama Hərəkatının dəstək məktubları əlavə edilib. Qeyd olunur ki, yeni dövlətin BMT-yə qəbulu üçün assambleya üzvlərinin üçdə ikisinin səsi tələb olunur.

 

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell təsdiqləmişdi ki, İspaniya, İrlandiya və bir sıra digər Aİ ölkələri mayın 21-də Fələstini tanımaq niyyətindədirlər.

 

Bundan əvvəl amerikalı senatorlar Fələstinin oraya qəbul olunacağı təqdirdə BMT-ni maliyyələşdirməməyi təklif etmişdilər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla