Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların birinci raundu başa çatıb.
Ararat Mirzoyanla Ceyhun Bayramovun görüşü 4 saatdan çox davam edib.
SİA-nın əldə etdiyi məlumata görə, danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub, daha sonra görüş təkbətək formatda davam edib.
Danışıqların ikinci raundu sabah baş tutacaq.