AZ

Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi diqqət mərkəzindədir - TƏHLİL

Cəmiyyətin gələcəyi gənclərdən asılıdır. Məhz gənc nəslin düzgün tərbiyəsinin nəyə görə hər zaman aktual olduğu bu baxımdan başadüşüləndir. Nəyə görə uşaq və gənclərin fiziki, həmçinin mənəvi inkişafının daim diqqət mərkəzində olması da anlaşılandır. Anlaşılan odur ki, fiziki və mənəvi cəhətdən inkişaf etmiş, savadlı, layiqli vətəndaş cəmiyyət üçün olduqca lazımlıdır, vacibdir və bu da gələcəyimizin etibarlı əllərdə olduğundan xəbər verir. Uşaq və gənclərin fiziki, həmçinin mənəvi tərbiyəsinə, inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi də bu baxımdan heç də səbəbsiz və təsadüfi deyil.

Dövlətimizin uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunmasına göstərdiyi diqqət və qayğını cəmiyyətimiz hər daim hiss edir. Xüsusən də bir-birinin ardınca yeni-yeni məktəblərin, idman komplekslərinin tikilməsi, eləcə də əsaslı təmirinə xüsusi yer ayrılması dövlət qayğısının bariz nümunəsidir. Təkcə paytaxtda ərazisində deyil, respublikamızın bütün şəhər və rayonlarında, həmçinin ucqar kəndlərdə belə məktəb binalarının yenidən inşa edilməsi, bir çox təhsil ocaqlarının yenidən əsaslı təmir edilməsi, ən müasir avadanlıqlarla təchiz olunması artıq ənənə halını alması da təsadüfi sayıla bilməz. Çünki bu, heç də əbəs yerə deyil və dövlətimizin təhsil ocaqlarına diqqət ayırmasının sanki ənənəyə çevrilməsi məhz gənc nəslin düzgün tərbiyə olunmasına hesablanıb. Cəmiyyətimiz hər zaman görür və fərqindədir ki, ölkəmizdə təhsil müəssisələrinə, təlim-tərbiyə ocaqlarına xüsusi qayğı da, diqqət də ən prioritet məsələ olaraq qəbul olunur. Həmin diqqət və qayğı sözsüz ki, məhz ölkə başçısının, cənab Prezident İlham Əliyevin rəhbərliyi, eləcə də tapşırıqları ilə reallaşdırılır və bu da o deməkdir ki, gənc nəslin, uşaq və gənclərin düzgün tərbiyəsinə xüsusi önəm verilir.

Ölkəmizdə təhsil ocaqlarının tikintisi, təmiri ilə yanaşı həmçinin idman komplekslərinin də tikintisinə və eləcə də təmirinə, yenilənməsinə, hətta yeni-yeni müasir avadanlıqlarla təchiz edilməsinə xüsusi diqqət ayrılıb. Hazırda ölkəmizin ən ucqar rayon və kəndlərində təhsil ocaqları ilə yanaşı, idman müəssisələrinə də rast gəlirik ki, bu da səbəbsiz və əbəs yerə deyil. Məqsəd uşaq və gənclərin təkcə savadlı olmasına deyil, həm də fikizi cəhətdən sağlam olmasına nail olmaqdır. Məhz bu məqsədlə də paytaxtla yanaşı, bölgələrimizdə də müasir standartlara cavab verən idman kompleksləri inşa edilir, idman meydancaları, stadionlar qurulur və bütün bunlar da uşaq və gənclərin idmana olan marağını artırır ki, nəticə etibarı ilə bu da gənc nəslin fiziki cəhətdən inkişafına, sağlam yetişməsinə öz müsbət təsirini göstərmiş olur. Yeri gəlmişkən onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, idman komplekslərinin, idman meydançalarının, stadionların inşasına, təmirinə, bir sözlə, idmana və gənc nəslin fiziki cəhətdən sağlam yetişməsinə və inkişafına dövlətimiz tərəfindən diqqətin artırılması nəticədə gənclərimizin müxtəlif idman yarışları üzrə ölkəmizin bayrağını ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırmalarına, vətənimizin idman şərəfini qorumalarına, yüksək nəticələr əldə etmələrinə, medallar qazanmalarına səbəb olub. Bu gün artıq beynəlxalq idman yarışlarının qalibi olan gənclərimizlə hər birimizin fəxr etməyə haqqımız çatır.

Uşaq və gənclərə dövlət qayğısının gücləndirilməsi, onlarla bağlı məsələlərə, onların problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaq və gənclərlə bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində dövlət rəhbərimizin sərəncamlar imzalaması onu deməyə əsas verir ki, bu istiqamətdə mühüm tədbirlər görülməkdədir. Ələlxüsus da, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımların atılması, görülən işlər, hətta əldə olunan nəticələr sözügedən sahənin ölkəmiz üçün əsas prioritetlərdən olduğunu bir daha təsdiq edir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı bir sıra sənədlərin qəbul edilməsi, ələlxüsus da, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam bu sahəyə diqqətin ən bariz nümunəsidir. Azərbaycan gənclərinin məhz dünyanın müxtəlif ölkələrində sayılb-seçilən, nüfuzlu universitetlərində təhsil alması, təhsilini layiqincə başa vurduqdan sonra yararlı mütəxəssis, lazımlı vətəndaş olaraq ölkəyə geri dönməsi elə bu diqqət və qayğının təzahürüdür. Dövlətin qayğısı sayəsində bir sıra imkanlardan yararlana bilən gənclərin sayı olduqca çoxdur, onlar minlərlədir, hansıki onların hər biri dövlətimizin diqqət və qayğısını hər an öz üzərində hiss etməkdədir.

Sözsüz ki, gənclərimiz dövlətimizin diqqət və qayğısını layiqincə qiymətləndirirlər və məhz buna görə də göstərilən qayğı və diqqət artıq öz bəhrəsini verməkdədir. Azərbaycan gəncləri artıq beynəlxalq aləmdə belə seçilir. Gənclərimizin beynəlxalq əməkdaşlığının son illərdə xeyli genişlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etməsi də təsadüfi sayıla bilməz. "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənlər platformalarının təşəbbüskarı, eləcə də təsisçisinin Azərbaycan gəncliyi olması ilə qürur duymağa dəyər. Həm də ona görə qürur duymalıyıq ki, ölkəmizin apardığı gənclər siyasəti uğurlu nəticələr verməkdədir.

Elm, bilik, savad, fiziki tərbiyə ilə yanaşı sözsüz ki, gənclərin normal xarakterdə yetişməsində vətəndaşlıq, vətənə məhəbbət hissinin tərbiyəsi də önəmli yer tutur. Bir sözlə, uşaq və gənclərin mənəvi cəhətdən də sağlam tərbiyə alması və yetişməsi önəmlidir. Milli maraqlarımızın, xalqımıza məxsus olanların qorunması, suverenliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur və azərbaycançılıq ideyası hər bir gəncimiz üçün əsas ideya olaraq aşılanmalıdır. Vətəni sevmək, vətənə sədaqətli olmaq, vətən uğrunda bacardığını əsirgəməmək əsl vətəndaş olmaq deməkdir və bütün bunlar azərbaycançılıq ideyasının əsasını təşkil edir, hansıki hər bir azərbaycanlı gənc məhz bu ruhda, belə bir mənəvi ruhda yetişməlidir. Bu ruhda yetişməlidir ki, suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz etibarlı əllərdə olsun. Heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqımızın birliyi, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə əldə etdiyimiz qələbə, qazandığımız Zəfər də məhz bunun sayəsində, vətəndaşlarımızın vətəni sevməsi, vətən uğrunda canını, qanını belə əsirgəməməsi, Azərbaycanımız uğrunda birləşməsi, birliyi, həmrəyliyi, azərbaycançılıq ideyasının olması ilə reallaşdı. 44 günlük müharibənin məntiqi nəticəsi, əldə etdiyimiz Zəfər bizim gəncliyimizin necə vətənpərvər olduğunu, necə sağlam ruhda, mənəvi cəhətdən necə sağlam şəkildə yetişdiyini dünyaya göstərdi və eləcə də Azərbaycan xalqı, ölkəmizin gəncləri vətəni necə sevmək lazım olduğu barədə düşmənə də dərs verdi. Hər kəs gördü və əmin oldu ki, Azərbaycanın oğul və qızları vətənə məhəbbət ruhundadır, mənəvi cəhətdən də sağlam ruhda yetişib və etiraf etmək lazımdır ki, bu ruh uşaq və gənclərin düzgün tərbiyə almasından qaynaqlanır. Bir sözlə, sadalananlar onu deməyə əsas verir ki, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi diqqət mərkəzindədir və gələcəyə ümid etməyə dəyər, çünki gələcəyimiz etibarlı əllərdədir.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq