AZ

"Bayer 04" cari mövsüm 90-cı dəqiqədən sonra 17 qol vurub

Almaniyanın \"Bayer 04\" klubu 2023/2024 mövsümü ərzində 90-cı dəqiqədən sonra 17 qol vurub.

Bu statistika ötən gün UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində \"Roma\" ilə görüşdən sonra reallaşıb.

Heç-heçə (2:2) bitən oyunda almanlar ikinci qolu 90+7-ci dəqiqədə Yosip Stanişiçin sayəsində rəqib qapısından keçirməklə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, \"Bayer 04\" UEFA Avropa Liqasının finalında İtaliyanın \"Atalanta\" klubu ilə qarşılaşacaq. Həlledici oyun mayın 22-də İrlandiyanın paytaxtı Dublində baş tutacaq.
 
///Report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
4
azxeber.com

5Mənbələr