AZ

“Qarabağ” rəhbərliyinə müraciət etməmişik”

Son günlər “Qarabağ” rəhbərliyi “Azərsun Arena”da oynamaq istəyən “Qaradağ Lökbatan”ın təklifini isti qarşılamamasıyla bağlı xəbərlər yayılıb.

Guya bunun əsas səbəbi odu ki, stadion tikilərkən hazırda “Qaradağ Lökbatan”ın himayədarlarından olan Sadıq Sadıqov torpaq sahəsinin bir hissəsini “Qarabağ” rəhbərliyinə verməyib. Bu üzdən tribunalardan biri tikilməyib. İndi isə Sadıq Sadıqov “Qaradağ Lökbatan”ın “Azərsun Arena”da oynaması üçün müraciət edib və “yox” cavabı alıb. Belə xəbərlərin nə dərəcədə doğru olub- olmadığını bilmək üçün “Qaradağ Lökbatan”ın rəhbəri Bəbir Məmmədova müraciət etdik:
“Deyilənlər həqiqəti əks etdirmir və yanlış məlumatdı. “Qarabağ” rəhbərliyinə “Azərsun Arena”da oynamaqla bağlı heç bir müraciət etməmişik. “Köhlən atlar”ın rəhbərliyindən “yox” cavabı da almamışıq. Müraciət etsəydik, qəbul edərdilər. Aramızda heç bir problem yoxdu. Hər kəsin bir-birinə hörməti var”.

ƏSƏD SEYİDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla