AZ

Azərbaycanda bu taksi şirkəti FƏALİYYƏTİNİ DAYANDIRIR? - AÇIQLAMA

“Uber” taksi şirkəti ilk 3 ayda 654 milyon dollar xalis zərər açıqlayıb.


Bildiyiniz kimi, “Uber” taksi şirkəti dünyaca məşhur şirkətdir və bu göstəricilər də onun dünyada olan fəaliyyətinin nəticəsidir. Lakin bir reallığı da unutmamalıyıq ki, şirkət Azərbaycanda fəaliyyətə başladığı gündən haqqında bir çox şikayətlər mövcuddur. Bu şikayətlərə taksi qiymətlərindən tutmuş sürücülərin müştərilərlə rəftarı da daxildir. Bütün bunları nəzərə alsaq, şirkətin fəaliyyətinin ölkədə o qədər də rəğbət görmədiyini görə bilərik. Elə buna görə də istifadəçilərinin sayı da bazarda olan digər şirkətlərlə rəqabətdə azdır.


Belə olan halda şirkət Azərbaycanda fəaliyyətini dayandıra bilər?


Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans.az" target="_blank">Referans.az-a açıqlamasında danışıb.




“Azərbaycanın taksi bazarında 5-10 il geri dönüş etsək, o zaman bu sahədə bir “boom” var idi. Yerli taksi şirkətlərini yaranması ilə bağlı biz bunu müşahidə etdik. Get-gedə rəqabətə dözə bilməyən, yeni yaranan taksi şirkətləri bazardan kənarlaşdırıldı. “Uber”ə gəldikdə isə vurğulamaq istəyirəm ki, bu şirkət dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycan bazarından belə asanlıqla gedəcəyini düşünmürəm. Yəqin ki, taksi tariflərini yeniləyib, tariflərdə tənzimləmə aparsalar düşünmürəm ki, fəaliyyəti dayandırmaq məcburiyyətində qalsınlar”.


Ekspert Azərbaycan bazarına başqa taksi şirkətlərinin daxil olması ilə bağlı da danışıb.


“Hazırda dövlət adı çəkmək istəmirəm amma yaxın qonşu dövlətlərdən hansısa şirkətlərin bazara daxil olmasını müşahidə edə bilərik. Taksi şirkətlərinə nəzarətə gəldikdə isə burada insan faktoru olduğuna görə bu məsələ olduqca çətindir. Taksi şirkəti müəyyən normativlərlə fəaliyyət göstərməyə çalışır amma bir sürücünün neçə saat çalışması o qədər də əhəmiyyət kəsb etmir. Buna görə də narazılıqlar yaradır. Nəticədə də sosial şəbəkələrdə də izlədiyimiz bir çox məqamlar üzə çıxır. Buna görə də bu nəzarət mexanizmi artırılmalıdır”.


Rövşən Həsənov vurğulayıb ki, iyulun 1-dən etibarən daha konfortlu, texniki baxımdan yüksək avtomobillərə əyləşə biləcəyik, lakin burada digər əsas məsələ isə sürücülərin də vətəndaşlara normal rəftarıdır.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq