AZ

Rusiya Ermənistanın bu addımlarını bumeranq effektinə çevirəcək-Elçin Xalidbəyli- ÖZƏL

8 may 2024-cü il tarixində Kremldə baş tutan Vladimir Putin və Nikol Paşinyan görüşündə Putin tərəfindən  önəmli statistika səsləndirildi. Putin vərəqə qeyd etdiyi statistikanı Ermənistan baş nazirinin üzünə oxudu: Ermənistanla Rusiyanın ticarət dövriyyəsi 2023-cü ildə 7 milyard dolları keçib (daha dəqiqi: 7,3 milyard dolları aşıb). Putin 2015-ci ildən bəri Ermənistanın Aİİ ilə ticarət dövriyyəsinin 14 dəfə artdığını da xüsusi vurğulayaraq bunları rekord göstərici adlandırıb.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi şərhçi Elçin Xalidbəyli qeyd edir ki, Ermənistanın Rusiyaya xəyanət etməsi şüphə doğurmayan məsələdir:

"Böyük ehtimalla, Kremldə artıq Ermənistanın xəyanəti ilə bağlə konkret nəticələr çıxarılmağa başlayıb. Yəqin ki, yaxın gələcəkdə Rusiya Paşinyan hakimiyyətinin atdığı son addımları, xüsusilə də Rusiyanın geopolitik maraqlarına vurduğu zərbələri bumeranq effektinə çevirərək Ermənistanın əlehinə yönəlməsinə cəhd göstərəcək. Hazırda baş verən hadisələri müəyyən mənada Kremlin Paşinyan hakimiyyətinin davranışlarına sərt reaksiyası da hesab etmək olar".

Həmçinin E.Xalidbəyli qeyd edir ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbə də qətiyyən sadiq deyil.

"Burda əsas məsələ Rusiyanın ehtiyacı olan silah istehsalında böyük önəm daşıyan malların xarici ölkələrdən alınaraq Rusiyaya ixrac olunması ilə bağlı kifayət qədər ciddi faktlar mövcuddur. Bu faktlar da Qərb mətbuatında artıq işfa olunmağa başlayıb. Belə davam edəcəyi təqdirdə Qərb də Ermənistanın ABŞ və Avropa Birliyinin maraqlarına sadiq olmadığı ilə bağlı qənaətlərə gələ bilər. Əslində son vaxtlar rəsmi İrəvanın atdığı addımlarda artıq Ermənistanın Qərbdən olan ümidlərinin doğrulmadığı müşahidə olunur. Böyük ehtimalla, yaxın vaxtlarda rəsmi İrəvan ABŞ və Avropa Birliyinə də arxa çevirərək yenidən Rusiyanın orbitinə qayıtmaq barədə düşünə bilər".

QİYMƏT MAHİR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla

Reytinq