AZ

Ulu Öndərin 101 illiyi münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (VİDEO)

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101illiyi münasibətilə müdafiə naziri general-polkovnik ZakirHəsənovun tapşırığına əsasən, mayın 10-da Azərbaycan Ordusundasilsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, plana uyğun olaraq,ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslartəşkil olunub, tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədlifilmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar,mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, UluÖndərin abidəsi ziyarət olunub.

Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xariciölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarınınnümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin vərespublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanVətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbiorkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu vəçoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial,mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünyamiqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi iləxatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdəonun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsindəAzərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğuprosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətəçatdırılıb.

Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, orduquruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıcənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeolojivə Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və MədəniyyətMərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədiikompozisiyalar təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
Mənbələr
Şərh ()
Bağla