AZ

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Azərbaycan

Bakı, 10 may, AZƏRTAC

"Yarış mənim üçün maraqlı keçdi. Yaxşı ki, çempionatda özümü sınadım. Çünki bəzi hərəkətlər mənim üçün yeni idi. Bu da beynəlxalq turnir öncəsi hazırlıq oldu".

Bu sözləri AZƏRTAC-a açıqlamasında idman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Rəsul Əhmədzadə açıq Bakı çempionatı və paytaxt birinciliyinin mükafatlandırma mərasimindən sonra deyib.

Dəstəli atda və sərbəst hərəkətlərdə birinci yeri tutan idmançı çıxışından razı qaldığını bildirib: "Altı alətin hər birində finala yüksəlməyimə baxmayaraq, təəssüf ki, yalnız ikisində fəxri kürsüyə qalxa bildim. Bu da mənim üçün uğur sayılır. Çünki burada ən böyük rəqibim elə özüm idim".

O, növbəti hədəflərindən də bəhs edib: "Qarşıda bizi mayın 23-dən 26-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək "Challange" seriyasına aid Dünya Kuboku gözləyir. Orada paralel qollar və dəstəli atda çıxış edəcəyəm. Özümdən yaxşı nəticələr gözləyirəm".

Qeyd edək ki, iki gün davam edən yarışlarda 24-ü qadın və 29-u kişi olmaqla ümumilikdə 53 gimnast iştirak edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla