AZ

Flik qayıdacaq, yoxsa Tuxel qalacaq?

“Bavariya” rəhbərliyi komandaya yeni məşqçi axtarışını davam etdirir.

“Football-plus.az” xəbər verir ki, amma hələ ki bu planda istənilən nəticəyə nail ola bilməyib.

Bilindiyi kimi, bir sıra mütəxəssislər Almaniya klubunun təklifinə mənfi cavab veriblər. Belə məqamda rəhbərlik Hans-Diter Fliki geri qaytarmaq variantını götür-qoy edir. “Bild” qəzetionun hazırda Tomas Tuxelin yerinə əsas namizəd olduğunu yazıb. Onun namizədliyini direktorlar şurasının üzvü Karl-Haynts Rummenigge ilə icraçı direktor Yan-Kristian Drezen dəstəkləyirlər. Prezident Herbert Hayner isə neytral mövqe tutur.

Maraqlıdı ki, Tuxel komandada qala bilər. Bunu almaniyalı jurnalist Florian Plattenberq deyib. O, rəhbərliyin artıq mövsümün sonunda gedəcəyi açıqlanan mütəxəssisə qarşı münasibətini dəyişə biləcəyini istisna etməyib. Plattenberq idman direktoru Maks Eberlin Tuxeli dəstəkldiyini də deyib. Yeri gəlmişkən, bir neçə gün əvvəl qapıçı Manuel Noyer təcrübəli mütəxəssisin qalmasını istədiyini dilə gətirmişdi. Deyilənə görə, Tuxel də fəaliyyətini davam etdirmək niyyətindədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla