AZ

Mixail Mişustin yenidən Rusiya hökumətinin başçısı olacaq

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Vladimir Putin Mixail Mişustinin Rusiya hökumətinin başçısı vəzifəsinə namizədliyini təqdim edib.

“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin baş nazir vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib”, – Dövlət Dumasının spikeri deyib. O bildirib ki, baş nazir postuna namizəd əvvəlcə hesabat məruzəsi ilə çıxış edəcək, daha sonra deputatların suallarını cavablandıracaq.

Bundan sonra səsverməyə başlanacaq və bunun ardınca Nazirlər Kabinetinin rəhbərinin namizədliyi təsdiqlənəcək. Volodin vurğulayıb ki, deputatların ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin necə həll ediləcəyi ilə bağlı suallara cavab alması vacibdir. Onu da əlavə edək ki, iclas saat 15:00-ə təyin edilib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla