AZ

Erməni kilsəsini kim qızışdırır- Afina, Roma, ya Moskva kilsəsi...

Image

Tural İrfan: “Məhz Ermənistandakı keşiş üsyanında Rusiya ilə Qərbin rolu birləşir”

Azərbaycanla delimitasiyaya qarşı olan “Vətən uğrunda Tavuş” adlı hərəkatın tərəfdarları İrəvanın Respublika meydanında mitinqə başlayıb.

Ermənistan polisi İrəvanın mərkəzindəki Respublika meydanındakı hökumət binalarına xeyli qüvvə toplayıb. Ermənistan hökumətinin və qonşu nazirliklərin binalarının girişləri mühafizəyə götürülüb.

Bildirilib ki, mitinq iştirakçıları Respublika meydanının, demək olar ki, hər yerini tutublar. Arxiyepiskop Baqrat Qalstanyan minlərlə adamın iştirak etdiyi mitinqdə Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Arxiyepiskop mübarizənin davam etdiriləcəyini, parlament fraksiyaları ilə Paşinyanın istefasına nail olmaq yollarını müzakirə edəcəyini bildirib.

Bəllidir ki, erməni kilsəsi hər zaman xarici ölkələrin agentura yuvası olub. Baqrat adlı keşişin birdən-birə aktiv siyasi proseslərə qoşulması təsadüfi sayıla bilməz. Maraqlıdır, onu bu proseslərə kim təhrik edir: Yunan kilsəsi, Roma Papası, yoxsa Paşinyanın devrilməsini istəyən Moskva?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qalastyanın üsyanı sübut etdi ki, Ermənistan hər zaman kilsədən idarə olunub: “Bu, tarixən belə olub. Ermənilərin törətdikləri  bütün soyqırımlara da məhz erməni kilsəsi  rəvac verib. Hətta Ter-Petrosyanın təsis etdiyi ilk “qəhrəman” tituluna da Birinci Vazgen layiq görülüb. Bu adam katolikos olub. Bunun özü sübut edir ki, erməniləri kilsə idarə edir. Ancaq kilsəni də müxtəlif dairələr əlində saxlayır. Əslində səlib yürüşləri davam edir. Qərbin və ABŞ-ın müsəlmanlara münasibəti bunu aydın bürüzə verir. Türkiyənin AB-yə qəbul edilməməsi, Azərbaycana qarşı olan qərəzli mövqedən də biz bunu sezirik. Bunun nəticəsidir ki, məhz Ermənistandakı keşiş üsyanında Rusiya ilə Qərbin rolu birləşir. Keşişin qaldırdığı üsyan bütün xristian ölkələrinin marağına uyğundur. Ermənistanın mövcudluğu Rusiyaya da, Qərbə də lazımdır. Unutmayaq ki, aksiyalarda Ermənistan müxalifəti də iştirak edir. Həmin müxalifəti də Rusiya dəstəkləyir. Hətta onların sırasında radikal terrorçular da var. Sadəcə pərdələniblər. Erməni kilsəsinin həm Livanda, həm də Suriyada köklü dini ideoloji mərkəzləri var. Görürlər ki, “böyük Ermənistan” nağılı puç oldu. Ömürlük sülhün yaranmasının qarşısını alırlar. İçlərində olan alovu söndürmək istəmirlər. Bu, dərin düşünülmüş bir üsyandır. Paşinyan bundan yayına bilsə, hakimiyyətini uzun müddət saxlayacaq. Əsasən  Rusiya bundan yararlanmaq istəyir. Proses hardan idarə olunsa da, Rusiya son addımı gözləyir ki, vəziyyəti öz xeyrinə dəyişsin. Maraqlıdır ki, keşişin bu addımına heç bir dini lider münasibət bildirmir. Tarixən isə ermənilər Qərb səlibçilərinin əli ilə müsəlmanlara qarşı yönəldilir. Bu üsyanın da arxasında Qərb dairələri durur. Ermənistan  yarımteokratik terror dövlətidir. Həmin dövlətin ideoloji prinsiplərini Paşinyan çalışsa da dəyişə bilməz. Kilsə Paşinyana sülhə getməyə imkan vermir. Hesab edirəm ki, müsəlman din xadimləri bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Bizim öz din xadimlərimiz də buna mövqe bildirməlidir. Təəssüf ki, susurlar. Necə ola bilər ki, dinin siyasətdən ayrı olduğu deyilən bir ölkədə belə proseslər ysşanır? Bu vəziyyət yalnız Ermənistan üçün deyil, bütün Qafqaza problem yarada bilər. Belə aksiyanın mahiyyətini tam ifşa etmək lazımdır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq