AZ

İrəvanda etiraz aksiyasının iki iştirakçısı saxlanılıb - Paşinyan qiyamdan qorxur

İrəvanda keçirilən etiraz aksiyasının iki iştirakçısı soyuq silah gəzdirməkdə şübhəli bilinərək həbs edilib

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, onlar 42 və 47 yaşlı İrəvan sakinləridir. Şübhəlilərdən biri əvvəllər əmlak oğurluğuna, ikincisi isə qəsdən başqasının sağlamlığına ağır zərər vurmaq cinayəti törətdiyinə görə üç dəfə məhkum olunub. Hadisə ilə bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, dünən də mitinqin keçirildiyi “Respublika” meydanında insident baş verib. “Kamaz” markalı avtomobili aksiya iştirakçılarının üzərinə sürmək istəyən şəxs yaxlanaraq həbs edilib.

Bir qədər sonra paytaxtın mərkəzində müxalifətin növbəti aksiyası başlayacaq. Meydanın ətrafında çoxlu sayda polis və təhlükəsizlik qüvvələri toplaşıb. İrəvanın “Respublika” meydanına gələn küçələri, habelə dövlət qurumlarının binaları ciddi mühafizə olunur.

Yerli medianın yazdığına görə, hakimiyyət etirazların qiyama çevrilməsindən ehtiyat edir. Ona görə, müxalifət liderləri, “Tavuş” hərəkatının əsas simaları ciddi nəzarət alıtnda saxlanılır.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
azpolitika.info

1Mənbələr