AZ

Ağ Ev Çin ticarəti ilə bağlı tarifləri dəyişəcək

Gələn həftə ABŞ Prezidenti Cozef Baydenin Donald Tramp dövründə strateji sektorlara yönəldilmiş rüsumlara, o cümlədən Çin ticarətinə qarşı yeni tarifləri elan edəcəyi gözlənilir. 

Bakıvaxtı.az "The Guardian"a istinadən bildirir ki, ümumi vergi rüsumlarında artım gözlənilmir. Lakin elektrikli avtomobillərlə əlaqəli sənayelərə yönəldilmiş rüsumlarda dəyişiklik baş verəcək.

Analitiklərə görə, 2018-ci ildən etibarən AŞ tərəfindən Çinə qarşı genişlənən tariflərin həcmi bu il kulminasiya nöqtəsinə çatacaq. Bu, Baydenin Çinlə ticarət müharibəsində ən böyük addımlarından biri ola bilər. 

Qeyd edək ki, ötən ay Bayden Çinin "ədalətsiz iqtisadi təcrübələri və sənaye imkanlarının həddindən artıq olması"nın qarşısının alınmasının vacibliyini açıqlamışdı. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq