AZ

SOCAR “ACWA Power” ilə "yaşıl gübrə"lərin potensial istehsalını və satışını qiymətləndirəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti "yaşıl gübrə"lərin potensial istehsalını və satışını qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırmanı hazırlayacaqlar.

“Report”un xarici mətbuata istinadən xəbər verir ki, “ACWA Power” bu əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və "yaşıl hidrogen" istehsalının inkişafına rəhbərlik edəcək.

Şirkət həmçinin, Azərbaycanda 345 milyon ABŞ dolları ümumi investisiya dəyəri olan 240 meqavat gücündə və Abşeron-Xızı regionunda ən böyük külək stansiyasını inşa etdiyini qeyd edib.

“ACWA Power” Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə etməklə daha yüksək əlavə dəyərə malik aşağı karbonlu məhsulların istehsalına keçəcək.

Xatırladaq ki, aprelin 16-da SOCAR ilə “ACWA Power” şirkəti arasında "yaşıl gübrə"lərlə bağlı əməkdaşlıq Sazişi imzalanıb. Sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

2023-cü ilin fevralın 2-də şirkətlər arasında Azərbaycanda dənizdə və quruda külək, günəş və "yaşıl hidrogen" kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Saziş imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
Mənbələr
Şərh ()
Bağla