AZ

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Samux, 10 may, AZƏRTAC

“Müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, qələbələrimiz və nailiyyətlərimiz məhz Ulu Öndərin adı ilə bağlıdır”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Samux rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov çıxışında Ümummilli Lider Heydər Əliyevlə bağlı bir-birindən maraqlı xatirələrindən danışıb.

Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla