AZ

İsrail qırıcıları "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda şiə "Hizbullah" hərəkatının hərbi hədəflərinə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Kfarkela bölgəsində "Hizbullah" terror təşkilatının obyektinə zərbələr endiriblər" - deyən mətbuat xidməti əlavə edib ki, qırıcı təyyarələr Livanın cənubundakı Yaroun bölgəsindəki hərbi strukturun yaxınlığında tapılan iki silahlı "Hizbullah" terrorçusunu vurub.

T.İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
28
Mənbələr
Şərh ()
Bağla