AZ

Vadim Vasilyevin son durumu

“Hazırda özümü normal hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçunun sözlərinə görə, müalicəsini davam etdirir: “Dostumun köməyi ilə hər gün fizioterapiyaya gedirəm. Artıq müalicə sayəsində sol əlimi də işlədə bilirəm. Bütün müalicə və dərman xərclərimin hamısına Heydər Əliyev Fondu nəzarət edir. Həkimlər 6 aya tam şəkildə sağalacağıma vəd edirlər. Əvvələ nisbətən hər şey çox daha yaxşıdır”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
Mənbələr
Şərh ()
Bağla