AZ

Oturaq işdən uzaqlaşmağınız üçün 5 səbəb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əksəriyyətimiz iş yerində günün yarıdan çoxunu oturaraq keçiririk. Oturaraq işləməyin mənfi tərəfləri haqqında şübhəsiz ki, müəyyən məlumata sahibsiniz, lakin bunun sağlamlığınıza təsirlərini ətraflı bilməmək ehtimalınız yüksəkdir. Məhz bu məqalədə sizin üçün ayaq üstə işləməyin faydaları və oturaraq işləməyin zərərlərini araşdırdıq. Ümid edirik ki, məqalədən əldə edəcəyiniz məlumatlar sağlamlığınız və iş məhsulardılığınız üçün faydalı olacaqdır.

1. Əvvəla əgər masa arxası bir işiniz varsa, bu sizin günün təqribən 9-10 saatını oturaraq keçirməyiniz deməkdir. Təəssüflər olsun ki, gündə 6 saatdan çox oturmaq həyat müddətini gündə 3 saat oturan bir nəfərə nəzərən olduqca qısaldır.

2. “Mən oturaq işlə məşğulam, lakin sağlam qidalar qəbul edir, müntəzəm olaraq idmanla məşğul oluram” deyə düşünə bilərsiniz, lakin qeyd edək ki, bunun sağlamlığınıza faydası düşündüyünüz qədər çox deyildir. Hər gün bir saat idmanla məşğul olsanız belə, bu, sizin günün 10 saatını oturaraq keçirdiyinizi təəssüf ki, dəyişdirmir.

3. Araşdırmalara görə, günün çox hissəsini oturaraq keçirmək infarkt riskini siqarət çəkən bir insanın infarkt keçirmə riskinə bərabər edir. Əslində oturaraq uzun müddət işləmək siqarətdən sonrakı ən böyük sağlamlıq təhlükəsi olaraq dəyərləndirilir.

4. Oturaq işlə məşğul olmaq selülit kimi estetik problemlər, onurğa ağrıları kimi ortopedik nasazlıqlarla yanaşı, köklük, diabet və hətta qalın bağırsaq xərçəngi kimi təhlükəli xəstəliklərə də yol aça bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla