Naxçıvanda 2 tələbənin göldə boğularaq ölməsi fasktı araşdırılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Naxçıvan şəhəri ərazisində yerləşən "bazar gölü"ndə iki nəfər şəxsin - 25-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 26-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.
**
Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.
Yerli KİV xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
Astara rayonu Pensər kənd sakinləri olan 25-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 26-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.