AZ

Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salındı

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

E-huquq.az-ın məlumatına görə, buna səbəb cinayət işini araşdıran hakimlərdən biri - Kamran Muxtarovun qəfil səhhərinin pisləşməsi olub.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin mayın 17-nə təxirə salındığını elan edib.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
21
e-huquq.az

10Mənbələr