AZ

FIFA məhkəməyə verilə bilər - Klub Dünya Kubokuna görə

2025-ci il Klub Dünya Kubokunun tərtibatını yeniləmək və iştirakçı sayını 32 komandaya çatdırmaq qərarına görə FIFA məhkəməyə verilə bilər.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, FIFA, Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) və Ümumdünya Liqa Forumu (WLF) tərəfindən hüquqi tədbirlərlə hədələnib. Bildirilir ki, onlar Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinoya məktub göndəriblər. Qarşı tərəf dünyanın ali futbol qurumunun rəhbərindən yarışın müvafiq tərtibat üzrə keçirilməsi fikrindən imtina etməsini tələb ediblər.

“Oyunçular özlərini sağlamlıqlarının hüdudlarından kənara çıxarmağa məcburdurlar. Bu da ciddi zədə riskidir və onların əsas hüquqlarına təsir edir”, deyə İnfantinoya göndərilmiş məktubda fəsadın mahiyyətinə toxunmaqla bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
arena.az

1Mənbələr