AZ

İsrailin Rusiyadakı səfiri HƏMAS-la yeni sazişi istisna etməyib

Bakı. Trend:

İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs müqaviləsimümkündür.

Trend xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri SimonaQalperin deyib.

Diplomat xatırladıb ki, daha öncə İsrail və HƏMAS arasında bəzirazılaşmalar, məsələn, girovların azad edilməsinə dair razılaşmaəldə olunub.

"Sövdələşmənin qüvvədə olduğu zaman qısamüddətli atəşkəsrazılaşdırıla bilər. Mən bunu istisna etmirəm", - deyə obildirib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında Rəfahdakı döyüşlərsəbəbindən danışıqlar dayandırılıb.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsibarədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quruhücumu başladacağına dair məlumat yayıb. Qeyd olunub ki, İsrailordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrail ordusununbaş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin 29-daəməliyyat planını təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq